MƏN YOLUNA CAN VERMİŞƏM

(Azerbaycan’daki şehitlerimiz ve gazilerimize minnetle ve saygıyla)

Özüm səndə, köküm səndə

Mənim iki gözüm səndə

Bu can oldukca bədəndə

Mən sənə qardaş demişəm

Ay ulduz, iki aləmdə

Tək sinədə, bir bədəndə

Adın yaşar, mən ölsəmdə

Yrəyimə həkk etmişəm

İslamiyət və Türklüyün

Azadlığın, özgürlüyün

Simgesidir sonsuzluğun

“ Mənim bayrağım!” demişəm

Tək millət, iki dövlətik

Həm əbədi həm də təkik

Biz doğma qardaşıx, Türk’ük

Mən əzəldən öyrənmişəm

Kökümüz; Bakı, Xəzərdə

Təlafərdə, Qarabağda

Tovuz’da, Cudi, Gabar’da

Minlərlə cavan vermişəm

Türk; dünyanın şanlı üzü

Sönməyən məşəlin közü

Kimsə sınamasın bizi

Sınayana dərs vermişəm

Sözümüz həddin aşana

Türk’ə kin, nifrət qusana

Fədayıx iki vətənə 

Mən xudaya söz vermişəm.

Canfər elə ərz eylər ki

Tarix şahitdir, söylər ki

Bütün cahan da bilər ki

Mən yoluna can vermişəm

Not: Azerbaycan bayrağındaki sekiz köşeli yıldıza atfen, sekiz dörtlük halinde yazılmıştır.